Əsas məzmuna keç

Azərbaycan U-15 millisi Mozambiklə qarşılaşacaq

Azərbaycan U-15 millisi Mozambiklə qarşılaşacaq
— Foto: Report.az

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında C Divizionunda Mozambik yığması ilə üz-üzə gələcək. Görüş saat 11:30-da Hövsan Yarış Kompleksində başlayacaq.

en ru

Famil Xəlilovun baş məşqçi olduğu komandası C Divizionunda Mozambik yığması ilə qarşılaşacaq. Oyun bu gün saat 11:30-da Kompleksində keçiriləcək.

Bu cütün qalibi Kuba – Vyetnam görüşünün qalibi ilə, məğlubu isə həmin oyunda uduzan komanda ilə qarşılaşacaq. Məğlubların oyunu saat 18:15-də, qaliblərin qarşılaşması isə 19:30-da başlayacaq.

Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

C Divizionunda 81-96-cı yerlər uğrunda mübarizəyə başlayan kollektiv Çiliyə 1:3 hesabı ilə məğlub olub, ardınca Cəbəllütariqi 5:1 hesabı ilə üstələyib.

Turnir barədə

Mundialda FIFA-ya üzv assosiasiyaları təmsil edən 189 ölkənin komandaları iştirak edir. Çempionat çərçivəsində 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub.

Oktyabrın 30-da başa çatacaq U-15 Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Kristal Zalında olacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…