Əsas məzmuna keç

Azərbaycan nefti 132 dolları keçdi

Azərbaycan nefti 132 dolları keçdi

"Azeri Light" markalı xam neft dünya bazarında kəskin bahalaşdı. Brent, Ceyhan limanı və SOCAR-ın payı ilə bağlı son rəqəmlər: Dövlət büdcəsinə təsir necə olacaq?

en ru

"Azeri Light" markalı neftinin 1 barelinin qiyməti dünya bazarında 4,3 dolları (və ya 3,36 %) artaraq 132,35 ABŞ dolları səviyyəsinə çatıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə bazarındakı mənbə məlumat verib.

Son hərracların nəticələrinə görə, "" markalı neftin iyun fyuçerslərinin qiyməti 127,24 ABŞ dolları təşkil edib. Paralel olaraq, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,5 ABŞ dolları (3,72 %) artaraq 125,55 ABŞ dolları olub. Müqayisə üçün qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Tarixi statistikaya əsasən, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Həmin müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 07.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…