Əsas məzmuna keç

"Azeri Light" nefti dünya bazarında kəskin bahalaşdı

"Azeri Light" nefti dünya bazarında kəskin bahalaşdı

Brent markalı xammalın bahalaşması fonunda Azərbaycanın “Azeri Light” nefti də rekord həddə çatır. Enerji bazarındakı bu kəskin artımın səbəbləri nələrdir?

ru en

bazarında " " markalı neftinin 1 barelinin qiyməti 6,22 ABŞ dolları və ya 5,49 % artaraq 119,54 ABŞ dolları edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 120,31 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,68 ABŞ dolları və ya 5,17 % artaraq 115,55 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…