Əsas məzmuna keç

Azərbaycan nefti 113 dolları keçdi

Azərbaycan nefti 113 dolları keçdi

Dünya bazarında enerji daşıyıcılarının dəyəri yüksəlməkdə davam edir. Brent markalı xam neftin bahalaşması fonunda Azərbaycanın “Azeri Light” növü ne qədər baha satılır?

ru en

bazarında " " markalı neftinin 1 barelinin qiyməti 5,14 ABŞ dolları və ya 4,75 % artaraq 113,32 ABŞ dolları edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 114,26 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,88 ABŞ dolları və ya 4,65 % artaraq 109,87 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…