Əsas məzmuna keç

Azərbaycanda faktiki hava: qarın hündürlüyü 1 metri keçib

Azərbaycanda faktiki hava: qarın hündürlüyü 1 metri keçib

Yanvarın 21-i saat 10:00-a olan faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Yanvarın 21-i saat 10:00-a olan faktiki açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin"Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, ölkə ərazisinin böyük hissəsində yağıntılı hava şəraiti davam edir, bir sıra bölgələrdə sulu və qar yağışı müşahidə olunur.

Qarın ən çox yağdığı ərazilər

Məlumata əsasən, yağan qarın hündürlüyü ayrı-ayrı rayonlarda fərqli səviyyədə qeydə alınıb. Ən yüksək göstərici Lerikdə 116 sm olub. Digər bölgələr üzrə qar örtüyünün hündürlüyü aşağıdakı kimidir:

Astaranın dağlıq əraziləri – 70 sm

Yardımlı – 49 sm

Əlibəy (Zaqatala), Kəlbəcər – 42 sm

Şahbuz – 32 sm

Sarıbaş (Qax) – 28 sm

Şuşa – 27 sm

Kişçay () – 24 sm

Xızı – 22 sm

Xankəndi, Qrız – 20 sm

Xaltan – 18 sm

Cəlilabad – 16 sm

Laçın, Qubadlı, Laza (Qusar) – 15 sm

Şamaxı, Şirvan – 13 sm

İvanovka (İsmayıllı), Xınalıq – 12 sm

Xocalı, Qobustan, Şərur – 10 sm

Şahdağ, Biləsuvar – 9 sm

Quba, Gədəbəy – 8 sm

Füzuli, Oğuz – 7 sm

İmişli, Naxçıvan – 6 sm

Daşkəsən, Qəbələ, Sədərək – 5 sm

Tərtər, Ağdam, Göyçay – 3 sm

Ceyrançöl – 2 sm

Ordubad, Ağsu, Bərdə, Naftalan – 1 sm

Yağıntının miqdarı

Son saatlarda düşən yağıntının miqdarı da açıqlanıb. Ən çox yağıntı Beyləqan və Lənkəranda – 24 mm qeydə alınıb. Digər ərazilərdə isə:

və yarımadası – 15 mm

Sabirabad – 13 mm

Astara – 12 mm

Kürdəmir – 9 mm

Tovuz, Zərdab, Mingəçevir – 6 mm

Balakən, Yevlax – 5 mm

Gəncə, Şəmkir – 4 mm

Ağstafa, Neftçala – 3 mm

Şabran – 2 mm

Göygöl – 1 mm

Duman və görünüş məsafəsi

Bir sıra şəhər və rayonlarda dumanlı hava şəraiti müşahidə olunur. Sumqayıt, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Qrız, Yardımlı və Lerikdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Minimal temperatur göstəriciləri

Havanın minimal temperaturu:

Bakı və Abşeron yarımadasında – 1° şaxta

Aran rayonlarında – 2° şaxta

Naxçıvan MR-da – 15° şaxta

Dağlıq rayonlarda – 9° şaxta

Yüksək dağlıq ərazilərdə – 18°-dək şaxta qeydə alınıb

Hava nə vaxt mülayimləşəcək?

Sinoptiklərin proqnozuna görə, yanvarın 21-i gündüz saatlarından etibarən hava şəraiti tədricən mülayimləşəcək. Yanvarın 22–25-də əksər rayonlarda əsasən yağmursuz hava, temperaturun yüksəlməsi və mülayim cənub-qərb küləyinin üstünlük təşkil etməsi gözlənilir.

Hava proqnozu

16° Bakıda indiAz buludlu
  1. Bu gün Arabir yağış 17° 15° yağış 50%
  2. Sabah Tutqun 17° 16°
  3. Birisi gün Tutqun 19° 15°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…