Əsas məzmuna keç

Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal

Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal

Deputat Arzuxan Əlizadənin həbs edilən oğlu Əhməd Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) üzvüdür. Bunu Arzuxan Əlizadənin özü 2026-cı il...

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Deputat Arzuxan Əlizadənin həbs edilən oğlu Əlizadə Milli İstiqlal Partiyasının (AMİP) üzvüdür.

“Operativ Məlumat Mərkəzi-OMM”Gununsesi.info-ya istinadən xəbər verir ki, bunu Arzuxan Əlizadənin özü 2026-cı il aprelin 2-də verdiyi müsahibədə övladları barədə danışarkən deyib:

"Kiçik oğlum hüquqşünasdır, ali təhsilini yüksək nəticələrlə başa vurub. Zamanında imtahanlarda da yüksək bal toplamışdı, lakin müəyyən dövrlərdə siyasi baxışlara görə qarşısında maneələr də yaradılmışdı. Buna baxmayaraq, sonradan dövlət qulluğu imtahanlarından uğurla keçdi, uzun müddət məhkəmə sistemində çalışdı və hazırda hakim kimi fəaliyyət göstərir. İnanıram ki, o bundan sonra da öz vəzifəsini layiqincə yerinə yetirəcək.

Böyük oğlum və qızım partiyanın üzvləridir və müxtəlif strukturlarda fəaliyyət göstərirlər. Onların gələcəkdə siyasətdə davam edib-etməyəcəyi isə artıq öz seçimlərindən asılıdır.

Ümumiyyətlə, siyasət kifayət qədər çətin sahədir. Bəzən insan özü hansı çətinliklərdən keçdiyini bildiyi üçün istəmir ki, övladları da eyni yolu seçsinlər. Amma mən heç vaxt onların seçiminə müdaxilə etməmişəm. Əgər bu yolu seçmək istəsələr, təbii ki, mane olmaram və dəstək verərəm".

Bir daha qeyd edək ki, Əhməd Əlizadə deputatın böyük oğludur və Nizami Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Əhməd Əlizadə Əhmədli qəsəbəsində yerləşən kafedə qətllə nəticələnən kütləvi davada iştirak etdiyi üçün saxlanılıb.

Xatırladaq ki, deputat Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədridir. O, AMİP-ə 2015-ci ildən rəhbərlik edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…