Əsas məzmuna keç

"Amerika xalqı müharibəyə "yox' dedi" - Qalibaf

"Amerika xalqı müharibəyə "yox' dedi" - Qalibaf

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ xalqının müharibəyə “yox” dediyini və bu mesajı dəstəklədiklərini bildirib. O, ABŞ hökumətini xalqın iradəsini nəzərə almamağın nəticələri barədə xəbərdar edib.

en ru

İran Parlamenti (Məclis) sədri Məhəmməd Baqir Qalibaf ABŞ-də keçirilən aralıq seçkilərinin ilkin nəticələrinə münasibət bildirib. İrandan olan yüksəksəviyyəli rəsmi bu barədə "X" sosial şəbəkəsindəki şəxsi hesabında paylaşım edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qalibaf Vaşinqtonun xarici siyasətini tənqid edərək Amerika seçicilərinin mesajına diqqət çəkib: “ hökuməti beynəlxalq güc mərkəzlərinə və şantajçılara xidmət etmək naminə öz xalqının iradəsini nəzərə almasa, İranın ”yox" deməsinin kabusla birlikdə gələcəyini öyrənəcək".

İran parlamentinin sədri paylaşımında ABŞ-dəki səsvermənin nəticələrini müharibə əleyhinə addım kimi qiymətləndirib: "Vicdan məsələsidir, yoxsa xərc? ABŞ xalqı müharibəyə 'yox' dedi və biz bu mesajı dəstəkləyirik".

Qeyd edək ki, ABŞ Konqresinə keçirilən aralıq seçkilərin qeyri-rəsmi nəticələrinə əsasən, Demokratlar Partiyası Senatda 51 mandat qazanaraq çoxluğu Respublikaçılardan geri almağı bacarıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…