Əsas məzmuna keç

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: Neft obyektlərimizə hücum etsəniz, cavabını alacaqsınız

Qalibaf ABŞ-yə xəbərdarlıq etdi: Neft obyektlərimizə hücum etsəniz, cavabını alacaqsınız

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ müdafiə naziri Pit Heqsetin neft tankerləri ilə bağlı təhdidlərinə sərt cavab verib.

en ru

İran parlamentinin sədri Məhəmməd Baqir ABŞ-nin yeni Pit Heqsetin İranın tankerlərinin “məhv edilərək batırılacağı” ilə bağlı açıqlamasına sərt reaksiya verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Qalibaf bu barədə hesabında paylaşım edib.

İranlı rəsmi bölgədə neft və təbii qaz hasilatı infrastrukturunun geniş əraziyə yayıldığını və təhlükəsizlik baxımından həssas olduğunu vurğulayıb.

Qalibaf ABŞ-nin mümkün hücumlarına qarşı xəbərdarlıq edərək, bölgədə fəaliyyət göstərən Amerika neft və qaz şirkətlərinin obyektlərinin də müdafiəsiz olduğunu bildirib.

“Bizim varlıqlarımıza hücum etsəniz, siz də hücuma məruz qalacaqsınız. Bunu keçmişdə sübut etmişik. Artıq istifadəyə yararsız olan bazalarınıza baxın və nəticə çıxarın”, – deyə Qalibaf qeyd edib.

və İran arasında son gərginlik sentyabrın 5-də ABŞ müdafiə naziri Pit Heqsetin “X” platformasındakı paylaşımından sonra yaranıb.

Heqset İranın ABŞ gəmilərinə atəş açacağı təqdirdə Vaşinqtonun İranın neft tankerlərini “məhv edib batıracağını” bildirib.

ABŞ rəsmisi həmçinin İranın neft tankerləri donanmasının müdafiəsiz olduğunu və Amerika təyyarələri, hərbi gəmiləri və sualtı qayıqlarının həmin gəmiləri asanlıqla hədəfə ala biləcəyini iddia edib.

Qalibafın son açıqlaması fonunda Tehranla Vaşinqton arasında qarşılıqlı təhdidlərin və gərginliyin daha da artacağı ilə bağlı narahatlıqlar yaranıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…