Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qalibafdan ABŞ-yə mesaj: “Dolların hegemonluğu artıq başa çatır”

3 dəq
Paylaş:
Qalibafdan ABŞ-yə mesaj: “Dolların hegemonluğu artıq başa çatır”

İran parlamentinin sədri və rəsmi Tehranın ABŞ ilədanışıqlarda əsas təmsilçisi Məhəmməd Baqir Bağdadda İran və İraqın işgüzar dairələrinin nümayəndələri ilə keçirilən görüşdə ABŞ-nin sanksiyalarına qarşı yeni iqtisadi strategiyanın hazırlanmasının vacibliyini vurğulayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Qalibaf rəsmi Tehranın ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınmaq və iqtisadi təzyiqlərin təsirini azaltmaq üçün konkret yol xəritəsi hazırlamalı olduğunu bildirib.

Qalibafın sözlərinə görə, ABŞ və İsrail birbaşa qarşıdurma yolu ilə İran və İraqı məğlub edə bilməyəcəklərini anlayaraq strategiyalarını dəyişiblər.

Onun iddiasına görə, hazırda hərbi müdaxilə əvəzinə metodlarından istifadə edilir. Qalibaf müsəlman ölkələrinin resurslarını və xammalını hədəf alan “ədalətsiz sanksiyalara” qarşı effektiv mübarizə aparmaq üçün yeni mexanizmlərin hazırlanmasının zəruri olduğunu qeyd edib.

Məhəmməd Baqir Qalibaf ticarət əlaqələrində ABŞ dollarından asılılığın azaldılmasını təklif edib.

O, arasında ticarət münasibətlərinin hələ də 50 il əvvəlki metodlarla həyata keçirilməsini tənqid edərək, milli valyutalardan istifadənin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Qalibafın fikrincə, dünyada ABŞ-nin hegemonluq dövrü artıq başa çatır və ölkələr iqtisadi münasibətlərdə yeni mexanizmlər formalaşdırmalıdır.

Qeyd edək ki, ABŞ Prezidenti daha əvvəl İrana qarşı genişmiqyaslı iqtisadi əməliyyatlara başladığını elan edərək müttəfiqlərini Vaşinqtonun siyasətinə qoşulmağa çağırıb.

İki ölkə arasında gərginliyin son dövrlərdə daha da artdığı bildirilir.

ABŞ hərbi qüvvələri Hörmüz boğazındakı gəmilərə qarşı hərəkətlərə cavab olaraq İrana qarşı bir sıra hücumlar həyata keçirib.

Tehran isə öz növbəsində Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirib və Hörmüz boğazını bağlayıb.

Tramp avqustun 18-də bildirib ki, mövcud vəziyyətdə ABŞ-nin İranla danışıqlar aparmaq planı yoxdur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə