Əsas məzmuna keç

Trampdan Türkiyəyə F-35 mesajı: “Qərar hələ verilməyib, müzakirələr davam edir”

Trampdan Türkiyəyə F-35 mesajı: “Qərar hələ verilməyib, müzakirələr davam edir”

ABŞ prezidenti Türkiyə ilə münasibətləri normallaşdırmaq və sanksiyaları aradan qaldırmaq niyyətində olduğunu açıqlayıb.

en ru

ABŞ Prezidenti Türkiyəyə F-35 qırıcılarının tədarükü məsələsi ilə bağlı açıqlama verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, NATO sammitində iştirak etmək üçün Ankaraya gələn Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı F-35 proqramının hələ müzakirə mərhələsində olduğunu bildirib.

Məlumata görə, ABŞ lideri Türkiyəyə F-35 qırıcılarının verilməsi ilə bağlı yekun qərarın qəbul edilmədiyini, lakin bu imkanın nəzərdən keçirilə biləcəyini qeyd edib.

Tramp, həmçinin Türkiyəyə qarşı CAATSA — “Amerikanın Düşmənlərinə Sanksiyalar Yolu ilə Mübarizə Aktı” çərçivəsində tətbiq olunan məhdudiyyətlərlə bağlı danışıb. O bildirib ki, ABŞ dost ölkələrə qarşı sanksiyalar tətbiq etmək istəmir və bu məsələdə addımlar atıla bilər.

Ankaradakı görüş zamanı hərbi-texniki əməkdaşlıqla yanaşı, digər mühüm məsələlər də müzakirə olunub. Donald Tramp bildirib ki, tərəflər arasında gündəmdə olan əsas mövzular ticarət əlaqələrinin inkişafı, müdafiə sahəsində əməkdaşlıq imkanları və İran ətrafında yaranmış vəziyyətdir.

Qeyd edək ki, Türkiyə 2019-cu ildə Rusiyadan zenit-raket kompleksləri aldığı üçün ABŞ tərəfindən F-35 proqramından çıxarılıb. Rəsmi Ankara uzun müddətdir ki, məhdudiyyətlərin aradan qaldırılması və proqrama yenidən qayıtmaq üçün danışıqlar aparır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…