Əsas məzmuna keç

Başlıq: Ankara NATO sammiti Türkiyə-ABŞ münasibətlərində yeni mərhələ yarada bilər

Başlıq: Ankara NATO sammiti Türkiyə-ABŞ münasibətlərində yeni mərhələ yarada bilər

Ankarada keçirilən NATO sammiti Türkiyənin alyansdakı rolunu gücləndirməklə yanaşı, Vaşinqtonla münasibətlərdə yeni səhifə açıb.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ankarada keçirilən NATO sammiti Türkiyənin alyans daxilində artan rolunu və ABŞ ilə münasibətlərdə yeni mərhələnin mümkünlüyünü nümayiş etdirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sammit çərçivəsində Vaşinqtonla müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm görüşlər keçirib.

Məlumata görə, sabiq diplomat Melih Dəmirtaş NATO sammitinin və ABŞ arasındakı əlaqələrin inkişafı baxımından müsbət addım olduğunu bildirib. Bununla yanaşı, o, iki ölkə arasında hələ də həllini gözləyən məsələlərin qaldığını qeyd edib.

Bildirilib ki, rəsmi Ankara üçün sammit xüsusilə Rusiyadan alınan "S-400" sistemləri ilə bağlı yaranmış gərginliklərdən sonra Vaşinqtonla münasibətləri normallaşdırmaq üçün mühüm imkan yaradıb.

Qeyd olunub ki, Dəmirtaş Türkiyənin dəyişən təhlükəsizlik mühitində öz maraqlarını qorumağa, balanslaşdırılmış yürütməyə və sabitliyi təmin etməyə çalışdığını vurğulayıb.

Məlumata əsasən, ABŞ Prezidenti sammit zamanı Türkiyə ilə münasibətləri yüksək qiymətləndirib və Ankara görüşünün bir sıra məsələlərin həllinə kömək etdiyini bildirib. Tramp Türkiyəyə qarşı tətbiq olunan bəzi sanksiyaların ləğv edilə biləcəyinə və Ankaranın "F-35" proqramına geri qayıtmaq imkanına işarə edib.

Ekspertlərin fikrincə, NATO sammiti Türkiyə-ABŞ münasibətlərində mühüm dönüş nöqtəsi ola bilər. Bununla belə, Ankaranın Vaşinqtonla yaxınlaşma siyasəti ilə yanaşı, strateji müstəqilliyini qorumağa davam edəcəyi gözlənilir.

Bildirilib ki, NATO sammitində Avroatlantik təhlükəsizliyin gələcəyi, müdafiə öhdəlikləri, Ukraynadakı vəziyyət və hərbi xərclərin artırılması məsələləri də müzakirə olunub.

Dəmirtaş qeyd edib ki, alyans Rusiya, Çin, İran və digər qlobal aktorlarla bağlı çağırışlara cavab verərkən üzv ölkələrin maraqlarını nəzərə almalıdır. O, təhlükəsizlik tədbirləri ilə yanaşı, diplomatik səylərin və vasitəçilik təşəbbüslərinin də davam etdirilməsinin vacibliyini vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…