Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Donald Trampın hazırkı administrasiyası dövründə Avropa İttifaqı ilə ABŞ arasındakı münasibətlərin ciddi sınaqdan keçdiyini etiraf edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Bizim münasibətlərimiz, əlbəttə ki, dəyişib və hazırda onların ciddi sınaqdan keçdiyi hər kəsə aydındır", - Kallas qeyd edib.
Aİ-nin ali nümayəndəsi əlavə edib ki, tarixdə tərəflər arasında münasibətlərin mürəkkəb olduğu dövrlər də olub.
"Lakin bu münasibətlər hər iki tərəf üçün həyati əhəmiyyət daşıyır", o vurğulayıb.