Operativ Məlumat Mərkəzi

Ağ Ev: Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların ilk günü məhsuldar keçib

2 dəq
Paylaş:
Ağ Ev: Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların ilk günü məhsuldar keçib

ABŞ administrasiyası Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən danışıqların ilk gününü hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “NBC News” telekanalı Ağ Evin adı açıqlanmayan rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, üçtərəfli görüş konstruktiv mühitdə keçib:

" Ştatlar, Ukrayna və Rusiya arasındakı bugünkü görüş səmərəli olub. Danışıqlar sabah da davam etdiriləcək".

Xatırladaq ki, yanvarın 22-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi elçisi və iş adamı arasında görüş baş tutub. Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov həmin söhbətin olduqca məzmunlu və etibarlı şəraitdə keçdiyini qeyd edib. Təxminən dörd saat davam edən müzakirələrin əsas mövzusu Ukrayna münaqişəsinin nizamlanması olub.

Moskva və Vaşinqton yanvarın 23-də Əbu-Dabidə məsələləri üzrə Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun ilk iclasının keçirilməsi barədə razılığa gəliblər. Məsləhətləşmələrin ilkin nəticələri barədə tərəflərin öz paytaxtlarına məruzə edəcəyi və dialoqun növbəti gün davam edəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax