Əsas məzmuna keç

Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub

Ukrayna ordusu Başqırdıstanda iri neft emalı və kimya kompleksini vurub

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyekti olan “Qazprom neftkim Salavat”da yanğın törədib. İşğalçı ordunun təchizatına ağır zərbə endirilib.

en ru

Silahlı Qüvvələri Rusiyanın Başqırdıstan Respublikasının Salavat şəhərində “ neftkim Salavat” neft emalı və neft-kimya kompleksini vurduğunu açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş qərargahı “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində müəssisənin ərazisində güclü yanğın baş verib.

Bildirilir ki, “Qazprom neftkim Salavat” Rusiyanın ən iri neft emalı və neft-kimya komplekslərindən biridir. Müəssisə ildə 10 milyon tona qədər karbohidrogen xammalını emal etmək gücünə malikdir.

Kompleksdə benzini, dizel yanacağı, mazut, bitum, polietilen və digər neft-kimya məhsulları istehsal olunur.

Ukrayna tərəfi müəssisənin ordusunun ehtiyaclarının təmin olunmasında istifadə edildiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…