Əsas məzmuna keç

Macarıstan ABŞ-dən nə xahiş edib?

Macarıstan ABŞ-dən nə xahiş edib?

"Macarıstan hakimiyyəti ABŞ Konqresinə müraciət edərək Rusiya neft və qazının əsas alıcılarına qarşı cəza tədbirləri nəzərdə tutan yeni ABŞ sanksiyaları...

en ru

" hakimiyyəti ABŞ Konqresinə müraciət edərək neft və qazının əsas alıcılarına qarşı cəza tədbirləri nəzərdə tutan yeni ABŞ sanksiyaları haqqında qanunun onların ölkəsinə qarşı tətbiq olunmamasını xahiş edib".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Macarıstan parlamentinin komitəsinin sədri Marton Haydu bildirib.

"Mən bütün həmsöhbətlərimdən Macarıstanın Rusiya daşıyıcılarından asılılığın daha da azaldılması və müxtəlif mənbələrdən enerji təchizatının təmin edilməsi səylərini dəstəkləmələrini xahiş etdim. Bundan əlavə, mən keçid dövründə Rusiyanın enerji resurslarının alınması ilə bağlı ABŞ-nin cəza tədbirlərinin Macarıstana şamil edilməməsinə kömək göstərilməsini xahiş etdim. Biz Macarıstan-Amerika münasibətlərini seçki dövründən kənara çıxan uzunmüddətli maraqlar və ümumi dəyərlər əsasında qururuq", - Haydu qeyd edib.

Qeyd edək ki, sentyabrın 18-də Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi haqqında qanun layihəsini imzalayıb. Sənəd, xüsusilə, Rusiya Federasiyasının ticarət tərəfdaşlarına qarşı əlavə sanksiyalar nəzərdə tutur. Sənədə əsasən, ABŞ Rusiya neft və qazının əsas alıcıları olan ölkələrə qarşı 100% miqdarında idxal rüsumları tətbiq edə bilər. Macarıstan da həmin ölkələrin sırasına daxildir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…