Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Trampı İrana hücumların riskləri barədə xəbərdar edib

2 dəq
Paylaş:
ABŞ Trampı İrana hücumların riskləri barədə xəbərdar edib

ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin (JCS) sədri general Den Keyn ABŞ Prezidenti İrana qarşı mümkün hərbi əməliyyatların riskləri ilə bağlı edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, general Den Keyn ABŞ-nin sursat ehtiyatlarının məhdudluğu ilə bağlı narahatlığını ifadə edib. O, Trampa və hərbi rəhbərliyə mövcud imkanlarla tapşırıqları yerinə yetirməyin mümkün olduğunu bildirsə də, genişmiqyaslı hərbi əməliyyatların doğura biləcəyi nəticələr barədə xəbərdarlıq edib. Müzakirələr zamanı İranda mümkün hücumlar nəticəsində kütləvi mülki itkilərin baş verməsi ehtimalı da nəzərdən keçirilib.

Məlumata görə, ABŞ-nin vitse-prezidenti də İranda müharibənin eskalasiyası ilə bağlı narahatlığını ifadə edib. isə Ağ Evdə keçirilən iclas zamanı hadisələrin mümkün inkişaf ssenarilərini müzakirə edib.

Qeyd olunub ki, daha əvvəl ABŞ-nin Oman nümayəndə heyətinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi ilə bağlı danışıqlar aparmaq məqsədilə Tehrana səfəri fonunda Vaşinqtonun İrana qarşı hərbi zərbələri müvəqqəti dayandırdığı barədə məlumat yayılmışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax