Əsas məzmuna keç

ABŞ Senatı immiqrasiya və sərhəd büdcəsini təsdiqlədi

ABŞ Senatı immiqrasiya və sərhəd büdcəsini təsdiqlədi

DHS və ICE üçün 70 milyardlıq vəsait ayrıldı. Minnesota hadisələri fonunda Respublikaçılar Demokratların müqavimətini qırdı. Palatanı indi hansı qərar gözləyir?

en ru

Senatında DHS (Daxili Təhlükəsizlik Departamenti) və qurumlarının maliyyələşdirilməsi ilə bağlı qərar qəbul olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) və Sərhəd Patrul Xidmətləri üçün növbəti üç il ərzində ümumilikdə 70 milyard dollarlıq maliyyələşdirməni təsdiqləyib.

Bildirilib ki, səsvermə Senatın rəsmi saytında canlı yayımlanıb və təşəbbüs tərəfindən irəli sürülüb. Demokratlar isə filibusterdən istifadə edərək qanun layihəsinin irəliləməsini bloklamağa çalışsalar da, bu cəhd uğursuz olub.

Məlumata görə, səsvermə nəticəsində 50 Respublikaçı senator layihəni dəstəkləyib, 46 Demokrat və 2 Respublikaçı isə əleyhinə səs verib. Qanun layihəsi indi Nümayəndələr Palatasına göndərilib və burada onun qəbul olunması ilə bağlı çətinliklərin olacağı ehtimal edilir.

Qeyd olunub ki, müzakirələr ABŞ-də immiqrasiya siyasəti və ICE əməliyyatları ətrafında artan gərginlik fonunda baş verir. Xüsusilə Minnesota ştatında həyata keçirilən “Metro Surge” əməliyyatı zamanı baş verən insidentlər və iki ABŞ vətəndaşının ölümü ictimai və siyasi debatları daha da kəskinləşdirib.

Xatırladılıb ki, həmin hadisələrdən sonra federal agentlərin fəaliyyətinə qarşı etirazlar güclənib və bəzi siyasətçilər ICE əməliyyatlarının yenidən nəzərdən keçirilməsini tələb ediblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…