Əsas məzmuna keç

Azərbaycanda icra başçısı CƏRİMƏLƏNDİ

Azərbaycanda icra başçısı CƏRİMƏLƏNDİ

Səbail Rayon İcra Hakimiyyətinin rəhbəri Vüqar Zeynalov barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə iki protokol məhkəmədə birləşdirilib.

en ru
Rayon İcra Hakimiyyətinin başçısı Zeynalovla bağlı inzibati tərtib olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” xitab24.az-a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.
İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermiş hadisəyə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısı barəsində həmin maddə ilə daha bir inzibati haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib və iş məhkəmənin icraatındadır. Məhkəmə hesab edib ki, hazırki iş icraatda olan digər işlə birləşdirilməlidir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi haqqındadır. Vüqar Zeynalovun hansı qanuni tələbi yerinə yetirmədiyi hələlik məlum deyil.
Əlavə edək ki, bu maddətinin tələblərini pozan vəzifəli şəxslər 1200-2500 manat məbləğində cərimə olunurlar.
Xatırladaq ki, V. 2018-ci ildən Səbail rayonunun icra başçısıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…