Əsas məzmuna keç

ABŞ-nin narkotik qaçaqmalçılığına qarşı əməliyyatlarında ölənlərin sayı 126-ya çatıb

ABŞ-nin narkotik qaçaqmalçılığına qarşı əməliyyatlarında ölənlərin sayı 126-ya çatıb

Karib dənizi və Sakit okeanda həyata keçirilən hərbi hücumlar beynəlxalq ictimaiyyətdə "məhkəməsiz edam" müzakirələrinə səbəb olub.

ru en

və Şərqi hövzəsində keçirilən əməliyyatlarda həyatını itirənlərin sayı kəskin artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi Cənub Komandanlığına ("") istinadən məlumat yayıb.

2025-ci ilin sentyabr ayının əvvəlindən bəri həyata keçirilən ən azı 36 hücumda 116 nəfərin öldüyü təsdiqlənib.

Dənizdə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində tapılmayan və ölmüş hesab edilən şəxslərin də siyahıya əlavə olunması ilə bu rəqəm 126-ya yüksəlib.

Məlumata görə, ölmüş hesab edilən şəxslərdən 8-i ABŞ qüvvələrinin 30 dekabr 2025-ci il tarixində üç qayığa təşkil etdiyi hücum zamanı dənizə atılanlardır. Digər iki nəfərin isə 27 oktyabr 2025-ci il və 23 yanvar tarixlərində hədəf alınan gəmilərdə olduğu bildirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…