Əsas məzmuna keç

ABŞ Sakit Okeanda narkotik qaçaqmalçılığı gəmisini vurdu

ABŞ Sakit Okeanda narkotik qaçaqmalçılığı gəmisini vurdu

SOUTHCOM komandanı Fransis Donovanın əmri ilə Sakit Okeanda narkotrafikə qarşı Southern Spear əməliyyatı keçirilib. Karib dənizindəki bu hücumun şok detalları...

en ru

Cənub Komandanlığı (SOUTHCOM) Okeanda qaçaqmalçıları tərəfindən istifadə edildiyi güman edilən bir gəmiyə zərbə endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat yayıb.

Komandanlığın açıqlamasında bildirilib: “Cənub Komandanlığı Komandanı Fransis Donovanın ilə Birgə Operativ Qüvvə Southern Spear 14 apreldə gəmiyə ölümcül zərbə endirib”.

Məlumata görə, kəşfiyyat gəminin Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığı marşrutlarında hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə olunduğunu təsdiqləyib. Əməliyyat zamanı ABŞ hərbi qulluqçularından heç birinin zərər görmədiyi bildirilib.

Qeyd olunub ki, 2025-ci ilin sentyabr ayından bəri ABŞ Sakit Okean və Karib dənizində 50-dən çox gəmiyə hücum edib və nəticədə təxminən 170 nəfər həlak olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…