“Real Madrid”in və Almaniya millisinin sabiq futbolçusu Toni Kroos 2026-cı ilin “Qızıl top” səsverməsinin nəticələri barədə fikirlərini bölüşüb. O, mükafatı Xviça Kvaratsxeliyaya verəcəyini deyib.
Kroosun sözlərinə görə, bu il mümkün olan bütün titulları qazanan futbolçu olmayıb. Dünya çempionatının keçirildiyi ildə səsvermənin fərqli xarakter aldığını bildirən almaniyalı keçmiş futbolçu mundialın nəticələrinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
O, yalnız klub mövsümünü nəzərə aldıqda Kvaratsxeliyanın əla çıxış etdiyini və Avropanın ən güclü komandasının ən yaxşı futbolçusu olduğunu düşündüyünü qeyd edib. Kvaratsxeliyanın yekun sıralamada altıncı olması, Kroosun fikrincə, dünya çempionatı nəzərə alınmasaydı onun qalib gəlmək üçün yaxşı şanslarının olacağını göstərir.
“Einfach mal Luppen” podkastında danışan Kroos, Kvaratsxeliyadan yuxarı pillələrdə qərarlaşan futbolçuların mundialda parlaq çıxış etdiyini bildirib. Onun qənaətinə görə, dünya çempionatı olmasaydı Kilian Mbappe ilk beşliyə düşməz, Lamin Yamalın da bu sıralamaya düşməsi çətin olardı.
2026-cı ilin “Qızıl top”unu “Bavariya”nın hücumçusu Harri Keyn qazanıb.