Əsas məzmuna keç

ABŞ hərbçiləri daha bir gəmini məhv etdi

ABŞ hərbçiləri daha bir gəmini məhv etdi

ABŞ hərbçiləri ötən gün Sakit okeanın şərq hissəsində Ekvador narkokarteli ilə əlaqəli olduğu bildirilən daha bir gəmini məhv edib. Bununla bağlı xarici...

en ru

hərbçiləri ötən gün okeanın şərq hissəsində narkokarteli ilə əlaqəli olduğu bildirilən daha bir gəmini məhv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının yaydığı məlumata görə, kəşfiyyat məlumatları gəminin Ekvadorun "Los Choneros" narkotik-terror təşkilatı ilə əlaqəli olduğunu təsdiqləyib.

Komandanlığın açıqlamasında bildirilir ki, gəmidə olan şəxslər Ekvador hakimiyyətinə təhvil verilib.

ABŞ hərbçiləri gəmini yoxladıqdan və ekipajı çıxardıqdan sonra onu batırıblar.

Məlumata görə, gəmi Sakit okeanın şərq hissəsində daşımalarında istifadə olunan digər qayıqlar üçün yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərib.

ABŞ tərəfinin məlumatına əsasən, 2026-cı ilin avqust ayının sonundan etibarən ABŞ hərbçiləri "Los Choneros" üçün üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə edildiyi bildirilən azı beş gəmini batırıb.

ABŞ Cənub Komandanlığı əməliyyatların narkotik qaçaqmalçılığı şəbəkələrinə qarşı mübarizə çərçivəsində həyata keçirildiyini bildirir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…