Noyabrın 8-də Portuqaliya çempionatının 11-ci turunda “Eştrela” “Benfika”nı qəbul edib. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Benfika”ya qələbəni 90+4-cü dəqiqədə Vangelis Pavlidis gətirib. Cianluka Prestiani də qonaqların heyətində fərqlənib, “Eştrela”nın müdafiəçisi Bernardo Şappo isə avtoqol müəllifi olub.
Ev sahiblərinin qollarını Lovro Zvonarek və Leandro Antonetti vurublar.
Turun digər oyunlarında “Portu” “Vitoriya Gimaraeş”i 2:1 hesabı ilə, “Braqa” isə “Rio Ave”ni 1:0 hesabı ilə məğlub edib.