“Barselona” La Liqanın 12-ci turunda “Atletiko Madrid”ə 2:1 hesabı ilə qalib gəlib. Noyabrın 8-də Madriddəki “Riyad Air Metropolitano” stadionunda keçirilən görüşdə hesabı meydan sahibləri açıb.
Matçın 10-cu dəqiqəsində Culiano Simeone “Atletiko Madrid”i önə keçirib. Fermin Lopes 45-ci dəqiqədə hesabı bərabərləşdirib.
Fermin Lopes 66-cı dəqiqədə yenidən fərqlənərək dubl edib və “Barselona”ya qələbə qazandırıb.
Dieqo Simeonenin komandası 2024-cü ildən bəri La Liqada Hans-Diter Flikin rəhbərlik etdiyi kollektivə qalib gələ bilmir.
Qələbədən sonra “Barselona” 33 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisi 30 xalı olan “Real Madrid”i üç xal qabaqlayır. “Atletiko Madrid” 28 xalla ilk üçlükdə yer alır.