Əsas məzmuna keç

ABŞ ordusu Şərqi Sakit okeanda narkotik kartelinə məxsus gəmini batırıb

ABŞ ordusu Şərqi Sakit okeanda narkotik kartelinə məxsus gəmini batırıb

Ekvador hökuməti ilə birgə keçirilən əməliyyat nəticəsində "Los Choneros" kartelinin logistik şəbəkəsinə ciddi zərbə vurulub.

en ru

ABŞ-nin Cənub Komandanlığı (SOUTHCOM) Şərqi okean hövzəsində ticarətinə qarşı əməliyyat keçirib. hərbçiləri narkotik daşınmasında istifadə edildiyi bildirilən yanacaq daşıyan gəmini ələ keçirərək batırıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, əməliyyat hökuməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Məlumata görə, gəminin “Los Choneros” narkotik karteli tərəfindən qeyri-qanuni daşımalar üçün istifadə olunduğu bildirilir. ABŞ Hərbi Dəniz Qüvvələrinin “USS San Antonio” döyüş gəmisindən hərəkətə keçən xüsusi təyinatlılar gəmiyə daxil olaraq nəzarəti ələ alıblar.

Axtarış tədbirlərindən sonra gəminin tamamilə boşaldıldığı və təhlükəsizlik məqsədilə batırıldığı qeyd olunub.

Gəmidə saxlanılan şəxslərin hüquqi prosedurların davam etdirilməsi üçün Ekvador rəsmilərinə təhvil veriləcəyi bildirilib.

ABŞ rəsmiləri əməliyyatın narkotik kartellərinin logistika şəbəkəsini zəiflətmək və narko-terror fəaliyyətinin qarşısını almaq məqsədi daşıdığını vurğulayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…