Əsas məzmuna keç

ABŞ ordusu Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirdi

ABŞ ordusu Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirdi

ABŞ Cənub Komandanlığı Sakit okeanın şərq hissəsində narkotrafiklə məşğul olan gəminin məhv edildiyini və üç nəfərin öldürüldüyünü açıqlayıb.

en ru

ABŞ Silahlı Qüvvələri okeanın şərqində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən gəmiyə hərbi endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” "U.S. Southern Command"-a () istinadən xəbər verir ki, əməliyyat fevralın 20-də general Frensis Donovanın göstərişi ilə "Joint Task Force Southern Spear" xüsusi bölməsi tərəfindən həyata keçirilib.

Komandanlığın "X" hesabında paylaşdığı rəsmi bəyanatda qeyd olunub ki, kəşfiyyat məlumatları gəminin məlum narkotrafik marşrutları ilə hərəkət etdiyini təsdiqləyib.

Əməliyyat nəticəsində üç nəfər öldürülüb. ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

ABŞ Prezidenti bu cür zərbələri Latın Amerikası kartelləri ilə davam edən silahlı münaqişənin tərkib hissəsi və narkotik axınının qarşısını almaq üçün zəruri tədbir kimi qiymətləndirib.

Lakin rəsmi Vaşinqton öldürülən şəxslərin məhz terrorçu qruplaşmalarla əlaqəli olduğuna dair hələlik geniş sübutlar təqdim etməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…