Əsas məzmuna keç

ABŞ-də B-52 təyyarəsi qəzaya uğradı: 8 nəfər həlak olub

ABŞ-də B-52 təyyarəsi qəzaya uğradı: 8 nəfər həlak olub

Hərbi hava qüvvələrinə məxsus ağır bombardmançı Şimali Dakota ştatında yerə çırpılıb. Pentaqon faciə ilə bağlı təhqiqata başlayıb, qurbanların kimliyi açıqlanır.

ru en

ABŞ-də "B-52 Stratofortress" strateji bombardmançı təyyarəsinin qəzaya uğraması nəticəsində ekipajın səkkiz olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "CNN" Edvards Hava Qüvvələri Bazasına istinadla məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə dərhal fövqəladə xidmət qüvvələri cəlb olunub. Hazırda qəzanın səbəbləri araşdırılır.

"B-52", ABŞ Hava Qüvvələrinin ən qədim təyyarələrindən biridir və ilk dəfə 1955-ci ildə istifadəyə verilib.

Bu uzunmənzilli, bombardmançı təyyarə adətən beş nəfərlik heyət, eyni zamanda nüvə bombaları və qanadlı raketlər daşıya bilir.

İşlək vəziyyətdə olan "B-52H" versiyası ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında mühüm rol oynamağa davam edir və bu təyyarələrin sayı 76-dır.

Təyyarə ABŞ və İran arasında mövcud münaqişə zamanı bombardman missiyalarında istifadə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…