Əsas məzmuna keç

Braziliyada faciə: İsti hava şarı havada alışdı, 8 nəfər həlak oldu

Braziliyada faciə: İsti hava şarı havada alışdı, 8 nəfər həlak oldu

Braziliyanın Santa-Katarina ştatında 21 nəfəri daşıyan hava şarının qəzaya uğraması nəticəsində 8 nəfər dünyasını dəyişib.

en ru

Braziliyanın cənubunda Santa-Katarina ştatında bazar günü dəhşətli bir hadisə qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, içərisində 21 sərnişinin olduğu isti hava şarında uçuş zamanı yanğın başlayıb.

Alovların bürüdüyü şar nəzarəti itirərək çırpılıb. Qəza nəticəsində 8 nəfər həyatını itirib.

Santa-Katarina ştatı hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, pilot da daxil olmaqla 13 nəfər sağ qalıb. Ştat polisinin nümayəndəsi Tiaqo Luiz Lemosun jurnalistlərə açıqlamasına görə, hadisənin təfərrüatları pilotun ifadəsi ilə aydınlaşıb.

Pilot bildirib ki, şarın səbətində yanğın başladıqdan sonra o, dərhal enişə keçib və yerə yaxınlaşdıqda sərnişinlərə tullanmağı əmr edib.

Lakin vəziyyət gözləniləndən daha kritik olub. Bəzi sərnişinlər tullanmağa müvəffəq olsa da, alovun sürətlə yayılması və balansın pozulması səbəbindən şar yenidən yüksəlməyə başlayıb.

Nəticədə, şar havada tarazlığını itirərək yerə düşüb. Hazırda səlahiyyətli orqanlar faciənin dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…