Əsas məzmuna keç

Uqandada dəhşətli yol qəzası: 14 nəfər həlak olub

Uqandada dəhşətli yol qəzası: 14 nəfər həlak olub

Kalunqu bölgəsində sərnişin mikroavtobusu ilə yük maşınının toqquşması nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb.

ru en

Uqandada sərnişin mikroavtobusunun ilə toqquşması nəticəsində 14 nəfər həyatını itirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Uqanda polisi məlumat yayıb.

Məlumata görə, faciəli yol-nəqliyyat hadisəsi bazar ertəsi gecə saatlarında bölgəsindəki “Kamunga” Ticarət Mərkəzi yaxınlığında baş verib.

Bildirilib ki, sərnişin qum yüklü yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 14 sərnişin hadisə yerindəcə dünyasını dəyişib, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd olunub ki, hadisədən sonra yük maşınının sürücüsü ərazidən qaçıb. Hüquq-mühafizə orqanları sürücünün tapılması üçün axtarış tədbirlərinə başlayıb.

Yerli rəsmilər qəzanın səbəblərinin araşdırıldığını açıqlayıb.

Məlumata əsasən, Uqandada yol-nəqliyyat hadisələri tez-tez baş verir. Buna səbəb kimi vasitələrinin texniki vəziyyətinin qənaətbəxş olmaması, sürət həddinin aşılması və yol infrastrukturundakı problemlər göstərilir.

Xatırladılıb ki, iyul ayında da ölkədə oxşar faciə baş vermişdi. Məktəbliləri daşıyan avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 20-dən çox şagird həyatını itirmişdi.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…