Kərim Tofiq oğlu Vəliyev
Müdafiə nazirinin birinci müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisi
Tərcümeyi-hal
1961-ci il fevralın 9-da Bakı şəhərində anadan olub. General-polkovnikdir.
1982–1990-cı illərdə SSRİ Silahlı Qüvvələri tərkibində kursant taqım komandiri, tədris şöbə rəisinin köməkçisi və baş köməkçisi vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində tədris şöbə rəisinin müavini, briqada komandiri, cəbhə komandanının müavini, müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini, hərbi birlik komandiri, Hərbi Elmi Mərkəzin rəisi, Müdafiənin Planlaşdırılmasının Hərbi Strategiyası İdarəsinin rəisi vəzifələrində xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.
2014-cü il mayın 14-dən müdafiə nazirinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi, 2019-cu il fevralın 20-dən müdafiə nazirinin müavini — Şəxsi Heyət Baş İdarəsinin rəisi olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci il iyulun 23-dən müdafiə nazirinin birinci müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.
Təhsil
1982-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib. 1990–1994-cü illərdə Frunze adına Hərbi Akademiyada qiyabi təhsil alıb.
Xəbərlərdə
-
Kərim Vəliyev Türkiyəyə səfər edib 26 iyun 2025
-
Kərim Vəliyev türkiyəli həmkarı ilə danışdı 19 sentyabr 2023
-
Kərim Vəliyev Türkiyənin müdafiə naziri ilə görüşüb 11 sentyabr 2023
-
Kərim Vəliyev Quru Qoşunlarında müşavirə keçirib 29 iyun 2023