Operativ Məlumat Mərkəzi

Kərim Vəliyev Türkiyəyə səfər edib

1 dəq
Paylaş:
Kərim Vəliyev Türkiyəyə səfər edib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə...

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakın dəvəti ilə İstanbul şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, səfər proqramına əsasən, Azərbaycan nümayəndə heyətinin əvvəlcə İstanbul şəhərində “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləməsi, sonra isə Konya şəhərində “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirakı planlaşdırılıb.

Qeyd edək ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler ilə görüşü də nəzərdə tutulub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər