Əsas məzmuna keç

Kərim Vəliyev pakistanlı həmkarı ilə hərbi təhsili müzakirə edib

Kərim Vəliyev pakistanlı həmkarı ilə hərbi təhsili müzakirə edib

Azərbaycan Baş Qərargah rəisi İslamabadın hərbi tədris imkanlarını dəyərləndirib. İki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın genişlənməsi gözlənilir.

en ru

Müdafiə nazirinin birinci müavini – Ordusunun Baş rəisi general-polkovnik Kərim Azərbaycanda səfərdə olan Pakistanın Müdafiə Qüvvələri Qərargahının Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəisi general-mayor Məhəmməd İmran Xan Babarın rəhbərlik etdiyi ilə görüşüb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat yayıb.

Görüşdə ölkələr arasında münasibətlərin dostluq və qardaşlığa söykəndiyini qeyd edən general-polkovnik K.Vəliyev strateji tərəfdaşlığımızın hazırkı vəziyyətindən məmnunluq ifadə edib.

Baş Qərargah rəisi müdafiə qurumlarımızın rəhbər heyətləri arasında həyata keçirilən mütəmadi görüşlərin hərbi əlaqələrimizə yeni dinamika və məzmun qatdığını qeyd edib.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor M.İ.X.Babar qarşılıqlı görüşlərin ölkələrin ikitərəfli hərbi əməkdaşlığına müsbət töhfələr verdiyini bildirib.

Tərəflər həmçinin hərbi təhsil, hərbi-texniki, birgə təlimlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…