Aqil Səlim oğlu Qurbanov
Müdafiə nazirinin müavini — Baş direktor
Tərcümeyi-hal
1986-cı il avqustun 15-də Bakı şəhərində anadan olub. 2008–2009-cu illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub.
2015–2019-cu illərdə “PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor, sonra “Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
2022-ci il dekabrın 9-dan müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini, 2023-cü il fevralın 27-dən müdafiə nazirinin müavini — Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü il iyulun 13-dən müdafiə nazirinin müavini — Baş direktor vəzifəsinə təyin edilib.
Təhsil
2004–2008-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr, 2012–2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.
Xəbərlərdə
-
Aqil Qurbanov Qazaxıstana gedib 3 fevral 2025
-
Aqil Qurbanovun Çinə gedib 14 sentyabr 2024