Namiq Sərəfruz oğlu İslamzadə
Müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin komandanı
Tərcümeyi-hal
1974-cü il mayın 7-də Bərdə rayonunda anadan olub. General-leytenantdır.
1996-cı ildən Azərbaycan Hərbi Hava Qüvvələrində təyyarəçi, baş təyyarəçi, aviasiya manqasının komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri və aviabaza komandiri vəzifələrində xidmət edib. 2019–2024-cü illərdə Hərbi Hava Qüvvələri komandanının müavini olub. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib; 2020-ci ildə “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü il sentyabrın 23-dən müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib.
Təhsil
1991-ci ildə indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib, 1996-cı ilədək Türkiyə Hərbi Təyyarəçilik Məktəbində təhsilini davam etdirib. 2011–2013-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil alıb.