Hikmət İzzət oğlu Mirzəyev
Müdafiə nazirinin müavini — Quru Qoşunların komandanı
Tərcümeyi-hal
General-polkovnik Hikmət İzzət oğlu Mirzəyev 1968-ci il fevralın 29-da Biləsuvar şəhərində anadan olub.
1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.
1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin komandanı olub. 2024-cü il yanvarın 11-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini — Quru Qoşunların komandanı təyin edilib.
Təhsil
- 1989 — Bakı Ali Ümumqoşun Komandirlər Məktəbi
- 1997–1998 — Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyası
Xəbərlərdə
-
Yaşar Gülər Hikmət Mirzəyevi qəbul edib 25 yanvar 2025
-
Hikmət Mirzəyevə yeni müavin təyin olundu 23 yanvar 2025