Hikmət Mirzəyev yeni vəzifəyə təyin olundu - YENİLƏNİB

Hikmət Mirzəyev yeni vəzifəyə təyin olundu - YENİLƏNİB
12.01.2024 17:25
Aa
dəq

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, H.Mirzəyev eyni zamanda, Quru Qoşunların komandanı vəzifəsini tutacaq.

Qeyd edək ki, general-leytenant Mirzəyev Hikmət İzzət oğlu 29 fevral 1968-ci ildə Biləsuvar şəhərində anadan olub.

1989-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirdikdən sonra SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri vəzifəsində xidmətə başlayıb.

1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində bölük, tabor, əlahiddə xüsusi təyinatlı tabor və briqada komandiri vəzifələrində xidmət edib.

1997-1998-ci illərdə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.

1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. 2014-cü ildən isə Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara, orden və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 01.01.1994-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, 24.06.2003-cü il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı, 21.06.2007-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 24.06.2015-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 09.12.2020-ci il tarixli Sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 07.11.2023-cü il tarixli Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunub.

Ailəlidir. İki övladı var.

11:50 **

Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev yeni vəzifəyə təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, o, müdafiə nazirinin müavini təyin edilib.

Qeyd edək ki, Aprel döyüşlərinin və Vətən müharibəsindəki döyüş əməliyyatlarının əsas hərbi rəhbərlərindən olan Mirzəyev Cəbrayıl və Şuşanın işğaldan azad edilməsinə komandanlıq edib.

II Qarabağ müharibəsinin gedişində Prezident İlham Əliyev ona general-leytenant rütbəsi verib. Hikmət Mirzəyev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Həftənin ən çox oxunanları

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub

Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının mövcud durumu müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ

Müdafiə Nazirliyi Ermənistana XƏBƏRDARLIQ ETDİ
DAVAMIN OXU davamın oxu

HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər

HDQ kursantları gəmilərin döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar icra ediblər
DAVAMIN OXU davamın oxu

Polkovnik Samir Həziyev həbs edilib

Polkovnik Samir Həziyev həbs edilib
DAVAMIN OXU davamın oxu

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb

Zakir Həsənov azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşüb
DAVAMIN OXU davamın oxu