Əsas məzmuna keç

Aqil Qurbanovun Çinə gedib

Aqil Qurbanovun Çinə gedib

Azərbaycanın müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 11-ci Pekin Syanşan Forumunda iştirak etmək üçün...

Azərbaycanın müdafiə nazirinin müavini - Baş Aqil Qurbanovun rəhbərlik etdiyi 11-ci Pekin Syanşan Forumunda iştirak etmək üçün işgüzar səfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycanın Çindəki səfirliyində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Sonra nümayəndə heyəti 11-ci Pekin Syanşan Forumunda iştirak edib.

A.Qurbanov dünyanın 100-dən çox ölkəsinin nazir və digər səviyyədə rəsmiləri, region və beynəlxalq təşkilatlardan rəsmi nümayəndə heyətlərinin iştirak etdiyi forum zamanı Çinin milli admiral Donq Jun ilə görüşüb. Baş direktor foruma dəvətə görə minnətdarlığını bildirib.

Çinə işgüzar səfər çərçivəsində baş direktor, həmçinin Mərkəzi Hərbi Şuranın Silah, Hərbi Texnika və Texnologiya üzrə Əməkdaşlıq İdarə rəisi və Dövlət Müdafiə Sənayesi Kompleksinə daxil olan bir sıra şirkətləri ilə görüş keçirib. Görüş zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…