Əsas məzmuna keç

Azərbaycan və Tacikistan arasında hərbi əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Tacikistan arasında hərbi əməkdaşlıq müzakirə edilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Bakıda səfərdə olan Tacikistan Silahlı...

en ru tr

Müdafiə nazirinin birinci müavini – Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Bakıda səfərdə olan Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin rəisi general-mayor Şaraf Egamzodun rəhbərlik etdiyi ilə görüşüb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Baş Qərargah rəisi ölkələr arasında hərbi əməkdaşlığın vəziyyətindən məmnunluğunu ifadə edib, bu əməkdaşlığın gələcəkdə hərbi əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən general-mayor Ş.Egamzod Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirib, bu cür görüşlərin, o cümlədən müdafiə sahəsində təcrübə mübadiləsinin aparılmasının ordular arasında əlaqələrin daha da inkişaf etdirilməsində vacib rol oynadığını xüsusi vurğulayıb.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…