Əsas məzmuna keç

Zakir Hasanov və Selçuk Bayraktar arasında görüş keçirilib

Zakir Hasanov və Selçuk Bayraktar arasında görüş keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri cənab Selçuk Bayraktarın...

en ru

general-polkovnik Azərbaycanda səfərdə olan Türkiyənin "Baykar" şirkətinin İdarə Heyətinin sədri cənab Selçuk Bayraktarın rəhbərlik etdiyi ilə görüşüb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə general-polkovnik Z.Həsənov iki qardaş ölkə arasında münasibətlərin bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də uğurla inkişaf etdiyini bildirib .

"Baykar" şirkətinin Türkiyənin müdafiə sənayesindəki böyük rolu olduğunu diqqətə çatdıran nazir, qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə birgə istehsalat potensialının daha da artırılmasının əhəmiyyətini vurğulayıb.

Cənab S. göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qarşılıqlı səfərlərin Azərbaycan-Türkiyə hərbi və hərbi-texniki əməkdaşlığının möhkəmlənməsinə müsbət təsir göstərdiyini xüsusi qeyd edib.

Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün də iştirak etdiyi görüşdə tərəflər pilotsuz uçuş aparatları, radioelektron mübarizə, insansız sistem vasitələri və digər sahələrə dair ətraflı fikir mübadiləsi aparıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…