Əsas məzmuna keç

Aleksandr Vuçiç Zakir Həsənovu qəbul edib

Aleksandr Vuçiç Zakir Həsənovu qəbul edib

Serbiya lideri ilə görüşdə hərbi əməkdaşlıq və müdafiə sənayesi müzakirə edilib. Səfir Kamil Xasiyevin də qatıldığı rəsmi səfərin təfərrüatları məlum olub.

ru en

general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Serbiya Prezidenti Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Görüşdən sonra Kruşevaç şəhərində yerləşən "Slobodişte" Memorial Kompleksini ziyarət edib, İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə inşa edilmiş abidə önünə əklil dəstəsi qoyaraq dərin hörmət və ehtiramını bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…