İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Millətlər Kubokunun qalibi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə Seneqal Futbol Federasiyasının şikayətini təmin edərək finalda qeydə alınan 1:0 hesabını qüvvədə saxlayıb. Beləliklə, Afrika Futbol Konfederasiyasının apellyasiya komitəsinin Seneqala 0:3 hesablı texniki məğlubiyyət verən qərarı ləğv edilib. Bu barədə məhkəmənin rəsmi saytında məlumat verilib.
Seneqal və Mərakeş arasında final 2026-cı il yanvarın 18-də keçirilib. Oyunun 90+9-cu dəqiqəsində hakim Jan-Jak Nqambo Ndala Mərakeşin xeyrinə penalti təyin edib. Buna etiraz olaraq Seneqal millisinin futbolçuları meydanı tərk ediblər. Fasilə 15 dəqiqədən çox çəkib, daha sonra komandanın kapitanı Sadio Mane yoldaşlarını meydana qayıtmağa razı salıb.
Mərakeşli vinger Brahim Dias 90+23-cü dəqiqədə penalti zərbəsini “panenka” üsulu ilə yerinə yetirsə də, top qapıçı Eduar Mendinin əlinə gedib. Oyunun əlavə vaxtında Seneqalın yarımmüdafiəçisi Pap Gueye matçın yeganə qolunu vurub.