Əsas məzmuna keç

Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı

Kərim Vəliyev türk, macar və ərəb həmkarları ilə danışdı

Selçuk Bayraktaroğlu və Qabor Böröndi ilə hərbi əməkdaşlıq, həmçinin İranın Naxçıvana PUA hücumları müzakirə edilib. Səudiyyə Ərəbistanı isə dəstək bəyan edib. Oxu:

en ru

müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim ilə Respublikası Silahlı Qüvvələrinin və Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisləri ordu generalı Selçuk Bayraktaroğlu və general Qabor Böröndi arasında telefon danışıqları olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat yayıb.

Bildirilib ki, danışıqlar Türkiyə və Macarıstanlı həmkarların təşəbbüsü ilə baş tutub.

Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlıq, habelə regiondakı vəziyyət və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

İranın silahlı qüvvələrinin pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisindəki mülki infrastruktura edilən hücumlara toxunan baş qərargah rəisləri, bunun beynəlxalq hüquq normalarına zidd olduğunu xüsusilə qeyd ediblər.

Həmçinin, Krallığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili Azərbaycandakı hərbi attaşesi vasitəsilə ölkəsinin bu tip hücumlara qarşı olduğunu diqqətə çatdıraraq hər zaman zəruri dəstək verməyə hazır olduğunu bildirib.

General-polkovnik Kərim Vəliyev tutduqları mövqeyə və göstərdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını ifadə edib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…