Əsas məzmuna keç

Yaponiya Rusiya və Çinin hərbiləşmə ittihamlarını rədd etdi

Yaponiya Rusiya və Çinin hərbiləşmə ittihamlarını rədd etdi

Tokio Masanao Ozaki vasitəsilə Putin və Si Cinpinin Pekin bəyanatını rədd etdi. Yenidən silahlanma iddiaları və regionda sülhün gələcəyi barədə detallar mətndə.

en ru

hökuməti və Çinin Tokionun sürətləndirilmiş yenidən hərbiləşdirmə siyasətinin və sabitliyə ciddi təhlükə yaratdığına dair iddialarını əsassız hesab edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Baş nazirin aparat rəhbərinin müavini Masanao Ozaki Tokioda keçirilən mətbuat konfransında bildirib.

O, Yaponiyanın müharibədən sonrakı dövrdə demokratiya və qanunun aliliyini təşviq etdiyini, bununla da həm Asiyanın, həm də dünyanın inkişafına töhfə verdiyini qeyd edib.

“Yaponiya yalnız müdafiə yönümlü siyasət həyata keçirir. Buna görə də, biz və Rusiyanın bəyanatlarını tamamilə əsassız hesab edirik. Yaponiyanın müharibədən sonrakı sülh yolu gələcəkdə də dəyişməyəcək”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpin arasında Pekində keçirilən görüşdən sonra 20 mayda birgə bəyanat qəbul edilib. Sənəddə tərəflər Yaponiyanın sürətləndirilmiş yenidən silahlanmasının regionda sülh və sabitliyə təhdid yaratdığını bildiriblər.

Həmçinin bəyanatda Yaponiya hökumətinə “tarixi keçmişindən dərs çıxarmaq, İkinci Dünya Müharibəsinin nəticələrini tam qəbul etmək və yeni militarizmdən imtina etmək” çağırışı edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…