Fransa millisinin baş məşqçisi Zinəddin Zidan gələcəkdə “Yuventus”un sükanı arxasına keçə biləcəyini bildirib.
RMC Sport-un verdiyi məlumata görə, Zidan bu ehtimalı şərh edərkən keçmiş məşqçisi Marçello Lipinin ona irəliyə doğru hərəkət etməyi öyrətdiyini deyib. O, Turinə ilk gələndə yaxşı oynamadığını, buna görə mətbuat və azarkeşlərin səviyyəsinə uyğun olmadığını düşündüyünü xatırladıb. Lippi isə ona öz rəhbərliyi altında çıxış etməli olduğunu deyib. “Yuventus”un baş məşqçisi olmaq? Gələcəkdə niyə də yox”, – deyə Zidan bildirib.
Keçmiş yarımmüdafiəçi 1996–2001-ci illərdə Turin klubunun formasını geyinib. 54 yaşlı mütəxəssis Fransa millisinə ötən yay rəhbərlik etməyə başlayıb. Onun müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
Zidan “Real Madrid”lə üç dəfə Çempionlar Liqasının qalibi olub və iki dəfə İspaniya çempionluğunu qazanıb.