Əsas məzmuna keç

Yaponiyada 15 il əvvəlki qətliama görə məhbus edam edildi

Yaponiyada 15 il əvvəlki qətliama görə məhbus edam edildi

2009-cu ildə baş verən və 5 nəfərin ölümü ilə nəticələnən dəhşətli hadisənin icraçısı barəsindəki ölüm hökmü icra olunub.

en ru

Yaponiyada 15 il əvvəl törətdiyi qətliamla ölkəni sarsıdan 58 yaşlı Sunao Takaminin barəsində çıxarılmış edam icra olunub.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Kyodo” agentliyinin yaydığı məlumata görə, 2016-cı ildə qüvvəyə minən bu gün həyata keçirilib.

hadisəsi 5 iyul 2009-cu ildə qeydə alınıb. Sunao Takami oyun salonunun döşəməsinə benzin tökərək binanı qəsdən yandırıb.

Yanğın nəticəsində 5 nəfər həyatını itirib, daha 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə Yaponiyada ictimaiyyəti dərindən sarsıdan cinayətlərdən biri kimi yadda qalıb.

Yaponiyanın ədliyyə naziri Hiroşi Hiraquçi keçirdiyi mətbuat konfransında qərarın qəbul edilməsi prosesinə toxunub.

Nazir bildirib ki, bütün hüquqi prosedurlar və işin detalları hərtərəfli araşdırıldıqdan sonra edam əmrini imzalayıb.

Qeyd edək ki, Takami 2025-ci ilin iyunundan etibarən Yaponiyada edam edilən ilk olub. Eyni zamanda, bu infaz Takaiçi Sanaenin rəhbərliyi dövründə həyata keçirilən ilk edam kimi qeydə alınıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…