Əsas məzmuna keç

ABŞ-də 16 ildən sonra bir gündə üç edam hökmü icra edildi

ABŞ-də 16 ildən sonra bir gündə üç edam hökmü icra edildi

Oklahoma, Tennessi və Alabama ştatlarında eyni gündə həyata keçirilən edamlar ölkədə uzun müddətdən sonra bir ilkə imza atıb.

en ru

ABŞ-də 16 illik fasilədən sonra ilk dəfə bir gün ərzində üç icra edilib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ilk Oklahoma ştatında həyata keçirilib. 2003-cü ildə həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən 70 yaşlı Karlos Kuesta-Rodriqes zəhərli inyeksiya yolu ilə edam olunub.

Məhkumun psixi sağlamlığı ilə bağlı problemlərini əsas gətirərək etdiyi əfv müraciətləri isə rədd edilib.

Oklahoma ştatındakı edamdan təxminən bir saat sonra Tennessi ştatında 66 yaşlı Darrell Haynsın ölüm icra olunub.

1985-ci ildə otel işçisini öldürməkdə təqsirli bilinən Hayns ölüm cəzasına məhkum edilmişdi. Onun vəkilləri məhkumun əlil və ağır xəstə olduğunu əsas gətirərək edamın dayandırılmasını tələb etsələr də, müraciət nəticəsiz qalıb.

Günün üçüncü və sonuncu edamı isə Alabama ştatında həyata keçirilib. 2021-ci ildə 5 yaşlı qız uşağını zorlayaraq qətlə yetirməkdə təqsirli bilinən 42 yaşlı Ceremi Uilyamsın barəsində çıxarılmış ölüm hökmü icra olunub.

Məlumata görə, Uilyams apellyasiya şikayəti vermək hüququndan imtina edib.

Hazırda ABŞ-nin 50 ştatından 27-də ölüm cəzası qanuni olaraq qüvvədə qalır.

Ölkədə bir gün ərzində üç edam hökmünün icrası sonuncu dəfə 2010-cu il yanvarın 7-də qeydə alınmışdı.

Statistikaya görə, ABŞ-də edamların sayında artım müşahidə olunur. Ötən il ölkə üzrə 47 nəfər edam edilib. Bir il əvvəl isə bu rəqəm 25 olub.

Edamların sayının artmasında Florida ştatı xüsusi yer tutur. Ştatda 19 ölüm hökmü icra edilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…