Əsas məzmuna keç

Suriya məhkəməsi Bəşər Əsədin əmisi oğlu barədə ölüm hökmü çıxardı

Suriya məhkəməsi Bəşər Əsədin əmisi oğlu barədə ölüm hökmü çıxardı

Dəməşq məhkəməsi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə təqsirli bilinən Vəsim Əsəd barədə qərarını açıqlayıb.

en ru

Dəməşqdə fəaliyyət göstərən Dördüncü Cəza Məhkəməsi rejiminin keçmiş rəsmilərindən Vəsim Əsəd barəsində hökm çıxarıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, məhkəmənin qərarına əsasən, Vəsim Əsəd qəsdən adam öldürmə, işgəncə, insanlıq əleyhinə cinayətlər və törətməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.

İstintaq materiallarına görə, Vəsim Əsəd briqada generalı Qıyas Dalanın göstərişi ilə qanunsuz silahlı birləşmələr yaradıb. Həmin qruplaşmaların Şərqi Quta bölgəsində, xüsusilə Meliha qəsəbəsində dinc sakinlərə qarşı qətliamlarda iştirak etdiyi, eləcə də müxtəlif ərazilərdə adam oğurluğu və qətllər törətdiyi müəyyənləşdirilib.

Məhkəmə əlavə olaraq Vəsim Əsədin bütün əmlakının dövlət xəzinəsinin xeyrinə müsadirə olunmasına qərar verib.

Məlumata görə, Vəsim Əsəd rejimi dövründə fəaliyyət göstərən silahlı dəstələr vasitəsilə fidyə müqabilində adam oğurluğu və narkotik ticarəti ilə də məşğul olub.

Onun barəsində çıxarılan hökm Suriya məhkəmələrinin keçmiş hakimiyyət dairələrinin nümayəndələrinə qarşı sərt qərarlarının davamı kimi qiymətləndirilir.

Qeyd edək ki, avqustun 11-də məhkəmə Əsəd və onun qardaşı Mahir Əsəd barəsində də çıxarıb. Eyni qərarda Bəşər Əsədin digər qohumu Atıf Nəcib və bir sıra yüksək vəzifəli şəxslərin də adı yer alıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…