Əsas məzmuna keç

Suriya məhkəməsi Bəşər Əsəd barəsində ölüm hökmü çıxardı

Suriya məhkəməsi Bəşər Əsəd barəsində ölüm hökmü çıxardı

Dəməşq cinayət məhkəməsi ölkənin keçmiş lideri və onun yaxın qohumu olan general haqqında qərar verib.

en ru

Suriyanın keçmiş prezidenti barəsində Dəməşqdəki məhkəməsi tərəfindən çıxarılıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

Məlumata görə, Bəşər Əsədi insanlıq əleyhinə cinayətlərdə təqsirli bilib və ölüm cəzasına məhkum edib. Əsəd məhkəmə prosesində iştirak etməyib və hökm onun iştirakı olmadan çıxarılıb.

Məhkəmənin qərarı yalnız sabiq prezidentlə məhdudlaşmayıb. Bəşər Əsədin əmisi oğlu, Suriyanın Dəra vilayətində siyasi təhlükəsizlik bölməsinin keçmiş rəhbəri və briqada generalı Atef Nəcib də ölüm cəzasına məhkum edilib.

Bildirilib ki, məhkəmə işi 2011-ci ildə Dərada başlayan etirazların zorakılıqla yatırılması, qətllər, işgəncə və digər ağır cinayətlərlə bağlı ittihamları əhatə edib. Atef Nəcib bu iş üzrə həbs edilərək məhkəmə qarşısına çıxarılıb, Bəşər Əsəd və onun qardaşı Mahir Əsəd isə qiyabi mühakimə olunublar.

Sözügedən qərar Suriyada Əsəd hakimiyyətinin yüksək vəzifəli nümayəndələrinin məsuliyyətə cəlb olunması istiqamətində ən mühüm məhkəmə qərarlarından biri hesab olunur.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…