Əsas məzmuna keç

"Putinin münasibətlərin pisləşməsində bizi günahlandırması qəbuledilməzdir"

"Putinin münasibətlərin pisləşməsində bizi günahlandırması qəbuledilməzdir"

Rəsmi Tokio Rusiya lideri Vladimir Putinin Yaponiya-Rusiya münasibətlərinin gərginləşməsində Yaponiyanı məsuliyyətli hesab etməsi ilə bağlı bəyanatına sərt reaksiya verib.

en ru

Prezidenti Vladimir Putinin iki ölkə arasında münasibətlərin pisləşməsində Tokionu günahlandıran bəyanatlarına rəsmi etirazını bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Yaponiya Nazirlər Kabinetinin Kihara Minoru keçirdiyi mətbuat konfransında Putinin ittihamlarına cavab verib.

O, Rusiya ilə Yaponiya arasında münasibətlərin hazırkı çətin vəziyyətinin birbaşa Moskvanın Ukraynaya qarşı başlatdığı müharibə ilə əlaqəli olduğunu vurğulayıb.

Kihara münasibətlərin pisləşməsində Yaponiyanı məsuliyyətli göstərən bəyanatları qətiyyətlə rədd edib. Baş katib həmçinin bildirib ki, Kuril adaları, yəni Yaponiyanın “Şimal Əraziləri” adlandırdığı bölgə ilə bağlı mövqeyini dəyişməyib və mübahisənin həlli istiqamətində siyasətini davam etdirir.

Qeyd edək ki, Rusiya Prezidenti Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən sonra jurnalistlərin suallarını cavablandırarkən Rusiya-Yaponiya münasibətlərinin pisləşməsinə görə tamamilə Tokionu məsuliyyətli hesab etdiyini bildirib.

Putin Yaponiyanın heç bir əsas olmadan Moskva ilə münasibətləri addım-addım korladığını iddia edib.

İki ölkə arasında Kuril adaları ilə bağlı mübahisə İkinci Dünya müharibəsinin sonuna gedib çıxır. 1945-ci ildə Sovet İttifaqının nəzarətinə keçən adalar üzərindəki mübahisə səbəbindən Rusiya və Yaponiya arasında münasibətlərdə uzun illərdir davam edən fikir ayrılığı mövcuddur və tərəflər hələ də rəsmi sülh müqaviləsi imzalamayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…