Everest zirvəsini fəth edən ilk azərbaycanlı qadın alpinist Vəfa Musayeva üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda iştirak edir. 192 kilometr məsafəni əhatə edən yarış Qəbələdən start götürüb və Xankəndiyə qədər davam edəcək.
Musayeva bildirib ki, ultramarafonda ilk dəfədir iştirak edir və yarış öncəsi həyəcanlıdır. Onun sözlərinə görə, 192 kilometr az məsafə deyil və bu yarış onun üçün böyük təcrübə olacaq.
Alpinist yarış marşrutu boyunca müxtəlif ərazilərdən keçməyi də ayrıca macəra kimi qiymətləndirib. O, ultramarafon iştirakçılarına uğurlar arzulayıb.